...

Azərbaycanın qeyri-neft sektoru I rüb ərzində vergi yığımlarının 50 faizindən çoxunu təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 16:49 (UTC +04:00)
2013-cü ilin yanvar-mart aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 523, 423 milyon manat təşkil edib.
Azərbaycanın qeyri-neft sektoru I rüb ərzində vergi yığımlarının 50 faizindən çoxunu təmin edib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

2013-cü ilin yanvar-mart aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 523, 423 milyon manat təşkil edib. Bu barədə Trend cümə günü Vergilər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Bu məbləğin 36,1 faizi mənfəət vergisinin, 24,8 faizi əlavə dəyər vergisinin, 12,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 8,3 faizi aksizlərin, 18,1 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 839, 184 milyon manat vəsait daxil olub.

Yanvar-mart aylarında respublika üzrə 20,885 min vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin aprel ayının 1-dək 69 min 90 nəfər fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 aprel 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 500 081 olub.

2013-cü ilin birinci rübü ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,6 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti