...

500 kq-dan çox yararsız ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 17:38 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar olunub.
500 kq-dan çox yararsız ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Qaradağ, Nərimanov, Sabunçu rayonlarında, Gəncə, Sabirabad şəhərlərində, Tovuz, Salyan rayonlarında aparılan yoxlamalar zamanı 500 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti