...

Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlər üzrə illik proqnozu 20 faizdən çox təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 18:12 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-mart aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 289,51 milyon manat ödəyib.
Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlər üzrə illik proqnozu 20 faizdən çox təmin edib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-mart aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 289,51 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DGK-nın saytında dərc edilən hesabatda deyilir.

Hesabata əsasən, martda gömrük rüsumlarından daxilolmalar 24,74 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 80,18 milyon manat, aksizlər üzrə 3,8 milyon manat, yol vergisi üzrə isə 1,2 milyon manat təşkil edib.

2013-cü il üçün DGK xətti ilə ödənişlər proqnozu 1,38 milyard manat həcmində müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti