...

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 16:45 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na müvafiq olaraq, Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram”ını həyata keçirir.
Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na müvafiq olaraq, Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram"ını həyata keçirir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində "İqtisadi kooperasiya" üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

Sahibkarların və menecerlərin "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədilə 26-28 fevral və 14 mart tarixlərində namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilmişdi.

Müsabiqələrdə iştirak edən 70 sahibkar və menecerlərdən 51-i müsabiqələrdə müvəffəqiyyət qazanıb. Onlardan 23-ü (ingilisdilli qrup) aprelin 21-dən mayın 18-dək "Münhen və Yuxarı Bavariya üçün ticarət sənaye palatası" Tədris Mərkəzində, 22-si (ingilisdilli qrup) isə 2-29 iyun tarixlərində "TÜF Reynland Akademiyası" Tədris Mərkəzində ixtisasartırma kursları keçəcəklər.

Müsabiqələrdən müvəffəqiyyətlə keçən 4 nəfər ehtiyatda saxlanılıb, 2 nəfəri isə (aqrar sahə üzrə rusdilli qrup) 2014-cü ildə beynəlxalq qrupun tərkibində ixtisasartırma kursları keçəcəklər.

Aprelin 13-də Bakı Biznes Tədris Mərkəzində Almaniyanın "TÜF Reynland Akademiyası" Tədris Mərkəzində ixtisasartırma kursları keçəcək sahibkar və gənc menecerlər üçün GİZ-in ekspertləri Vladislav Belov və "TÜF Reynland Akademiyası" Tədris Mərkəzinin nümayəndəsi Ungruh Stefan Helmut tərəfindən hazırlıq seminarı keçirilib. 2 gün davam edən tədbirdə sahibkarlara və gənc menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və işgüzar əlaqələrin qurulması və s. barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti