...

Mərkəzi Bankla İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin əməkdaşlığı müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 17:19 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkəmizdə səfərdə olan İsveçrənin federal kansleri, iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder Ammanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankla İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin əməkdaşlığı müzakirə edilib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkəmizdə səfərdə olan İsveçrənin federal kansleri, iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder Ammanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bankdan Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrədə iqtisadi və valyuta siyasəti, iqtisadi və çoxtərəfli əməkdaşlıq, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə seçki qrupu çərçivəsində əlaqələr müzakirə edilib.

Yohan Şnayder Amman ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq ənənəsindən məmnun olduğunu bildirib, ölkədə aparılan iqtisadi islahatlar, Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasət, eləcə də ümumilikdə böhranla mübarizə istiqamətində atılmış addımları yüksək qiymətləndirib.

Öz növbəsində, Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkəmizin İsveçrə hökuməti ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirib, bu münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığı məsələləri də geniş müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti