...

"Bank of Baku" Bolkart ilə yeni kampaniyalara hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 17:54 (UTC +04:00)
Azərbaycanın ən populyar kredit kartı olan Bolkartın yaxın zamanlarda 100 000-ci sahibi müəyyən ediləcək.
"Bank of Baku" Bolkart ilə yeni kampaniyalara hazırlaşır

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycanın ən populyar kredit kartı olan Bolkartın yaxın zamanlarda 100 000-ci sahibi müəyyən ediləcək. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, hal-hazırda hər gün 600-dən çox Bolkart verilir və gələn ay bu rəqəmin 100 000-nə çatacağı gözlənilir. Gündəlik say www.bolkart.az saytında yenilənir.

2011-ci ilin sonunda kütləvi dövriyyəyə buraxılan Bolkart qısa müddət ərzində böyük populyarlıq qazanıb və bu gün artıq 85 000-nə yaxın insan ondan gündəlik istifadə edir. Kartla gündəlik 2 min ədədə yaxın əməliyyat həyata keçirilir. Bütün bu göstəricilər üzrə Bolkart Azərbaycanın plastik kartlar bazarında şəksiz liderdir.

Bu gün Bolkartla ölkəmizin 700-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Müvafiq mağazalar yalnız Bakıda deyil, habelə ölkə regionlarında da yerləşir, o cümlədən, Gəncə, Sumqayıt və Şəkidə. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq mümkündür. Bolkart ilə hər-hansı mal alıb, onun dəyərini bərabər hissələrlə 1, 3, 6 və ya 12 aya ödəmək olar. Kart sahibləri Bolkartdan habelə vaxtaşırı pul çıxara da bilirlər.

Yaxın zamanlarda "Bank of Baku" Bolkart sahibləri üçün yeni kampaniyalar keçirməyi nəzərdə tutur.

Bolkart Azərbaycanın nağdsız ödənişlər sisteminə əsaslı töhfə verən bank məhsullarındandır.

Bolkartın üstünlükləri ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti