...

Dövlət Neft Fondunun aktivləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 18:00 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 3 523,4 milyon manat, büdcə xərcləri isə 2 929,6 milyon manat təşkil edib.
Dövlət Neft Fondunun aktivləri artıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 3 523,4 milyon manat, büdcə xərcləri isə 2 929,6 milyon manat təşkil edib.

Fonddan Trend-ə verilən məlumata görə, 2013-cü ilin I rübü ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 413,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 410,7 milyon manat, tranzit gəlirləri 2,1 milyon manat, bonus ödənişləri 0,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,01 milyon manat təşkil edib.

2013-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 110,4 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 2 840,4 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 49,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 27,2 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 1,1 milyon manat vəsait ayrılıb. 3,8 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

013-cü ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 7,8 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar xərci 446,8 milyon manat təşkil edib.

2013-cü ilin aprelin 1-nə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 0,6% artaraq 34 325,7 milyon ABŞ dollarına bərabər olub.

2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 aprel 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 18 356 kq (590 146 troya unsiyası) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti