...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 20:28 (UTC +04:00)
Mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,0 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,0 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 1,4 faiz, kartofun 0,2 faiz, göyərtilərin 0,7 faiz, pomidorun 0,5 faiz, balqabağın 3,1 faiz, baş sarımsağın 0,1 faiz, quru otun 3,2 faiz, yoncanın istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşıb, arpanın istehsalçı qiymətləri 0,7 faiz, kələmin 2,1 faiz, xiyarın 0,8 faiz, baş soğanın 0,1 faiz, cəfərinin istehsalçı qiymətləri isə 4,5 faiz bahalaşıb.

Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 1,2 faiz, naringinin 6,7 faiz, almanın 2,7 faiz, şabalıdın 3,2 faiz, fındığın istehsalçı qiymətləri 1,0 faiz bahalaşıb, qozun istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,2 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 1,0 faiz, camışın 0,6 faiz, diri qoyun və keçilərin 0,8 faiz, qazın 0,5 faiz, qoyun ətinin (diri çəkidə) 0,7 faiz, quş ətinin (diri çəkidə) 3,2 faiz, südün 1,6 faiz, yumurtanın istehsalçı qiymətləri 5,7 faiz bahalaşıb.

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8 faiz ucuzlaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti