...

Azərbaycanın metallurgiya sənayesində istehsalat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin yanvar-mart aylarının yekunu üzrə Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatları istehsal edən müəssisələri tərəfindən 87,1 milyon manat məbləğində məhsul istehsal edilib və xidmət göstərilib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Metallurgiya sənayesində istehsalın həcmi 1,3 faiz, hazır metal məmulatlarının istehsal həcmi isə 49,2 faiz artıb.

Yanvar-mart aylarının yekunları üzrə tökmə çuqun istehsalı 436 min ton təşkil edib ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 2,1 dəfə çoxdur. Bu dövrdə 17 min ton tökmə polad, 23,6 min ton polad boru istehsal olunub.

2013-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, qara metallardan hazırlanan yarımfabrikatların ixrac həcmi 12,6 min ton (12,5 milyon dollardan çox) təşkil edib ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 73,3 faiz (pulla ifadədə 92,6 faiz) çoxdur.

Qara metallardan hazırlanan boruların ixracı 11 min ton (5,8 milyon dollardan çox) təşkil edib ki, bu da 2012-cu ilin müvafiq dövr göstəricisindən 54 faiz (pulla ifadədə 54,8 faiz) azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti