...

Makedoniyanın Baş naziri Azərbaycanla investisiya əməkdaşlığının perspektivlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 12:22 (UTC +04:00)
Aprelin 19-da Makedoniyanın Baş naziri Nikola Qruyevskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü keçiriləcək.
Makedoniyanın Baş naziri Azərbaycanla investisiya əməkdaşlığının perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir İ.Xəlilova/

Aprelin 19-da Makedoniyanın Baş naziri Nikola Qruyevskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü keçiriləcək.

Bu barədə Trend çərşənbə axşamı AZPROMO-nun saytına istinadən məlumat verir.

Görüşdə Makedoniyanın biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavabladırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti