...

Tacikistan pensiya-sığorta sisteminin islahatında Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 14:27 (UTC +04:00)
Bu barədə çərşənbə axşamı Dövlət Sosial Müdafiə Fondunun (DSMF)sədri Səlim Müslümovun Tacikistanın nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.
Tacikistan pensiya-sığorta sisteminin islahatında Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir H.Vəliyev/

Tacikistan pensiya-sığorta sisteminin islahatında Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir.

Bu barədə çərşənbə axşamı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun Tacikistandan olan nümayəndə heyəti ilə görüşü zamanı bildirilib. Pensiya-sığorta sisteminin və bu sahədə islahatların həyata keçirilməsinin inkişafında Azərbaycanın təcrübəsinin Tacikistan tərəfindən öyrənilməsi haqqında qərar Avropa İttifaqının tvining layihəsi çərçivəsində qəbul edilib.

Müslümovun sözlərinə görə, BMT-nin İnkişaf proqramı və Dünya bankının dəstəyi ilə həyata keçirilən layihələr arasından Azərbaycanın bu sahədə təcrübəsi uğurlu model kimi seçilib. Bu keçid iqtisadiyyatı olan ölkələr üçün faydalı ola bilər.

Tacikistan Azərbaycanın DSMF-na pensiya-sığorta sistemində islahatların keçirilməsi, inzibati idarəetmə və kadr potensialının inkişafı sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi ilə bağlı müraciət edib.

"Pensiya sisteminin islahatı sahəsində Azərbaycan ilə əməkdaşlıq məsələsi Tacikistan dövlət başçısı səviyyəsində razılaşdırılıb" , - Tacikistanın əmək və əhalinin sosial müdafiəsi naziri Emin Sanqinov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Tacikistan tərəfi Azərbaycanda pensiya sisteminin islahatı sahəsində həyata keçirilən işlərlə tanış olmaq niyyətindədir.

"Biz cari ilin yanvarından pensiya sistemində yeni texnologiyaların tətbiqinə başlamışıq. Biz Azərbaycanın faktiki olaraq 10 il əvvəl reallaşdıra bildiyi işləri yalnız indi həyata keçirməyə başlamışıq. Buna görə də öz yolunu tapmaq əvəzinə qonşularımız tərəfindən görülən işlərlə tanış olmaq yaxşı olardı. Güman edirəm ki, səfərimiz Azərbaycanın malik olduğu təcrübəyi qəbul etməyə imkan verəcək və əlbəttə ki, bu, pensiyanerlərimizin də layiqli pensiyaya ümid edə bilmələrinə yönəldiləcək" , - Sanqinov qeyd edib.

Tərəflər görüş zamanı pensiya-sığorta sistemi sahəsində ölkələr arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Xüsusilə də, elektron xidmətlərin təşkili, plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi və bütovlükdə, bu mükəmməl vahid maddi-texniki bazanın yaradılması məsələlərinə baxılıb.

Tacikistandan olan nümayəndə heyətinin tərkibinə Əmək və Sosial Müdafiə Nazirliyinin, Prezidentin İcra Aparatının sosial müdafiə şöbəsinin, Sosial sığorta və pensiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi, həmçinin Avropa İttifaqının ekspertləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti