...

Hesablama Palatası sərəncamların yerinə yetirilmədiyi halda hesabları donduracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 14:13 (UTC +04:00)
Azərbaycan Hesablama Palatasının sərəncamlarına büdcə və digər təşkilatlar tərəfindən əməl olunmayacağı təqdirdə palata təşkilatların hesablarını dondurmağa imkan verən səlahiyyətlərindən istifadə edə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Heydər Əsədov bildirib.
Hesablama Palatası sərəncamların yerinə yetirilmədiyi halda hesabları donduracaq

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Hesablama Palatasının sərəncamlarına büdcə və digər təşkilatlar tərəfindən əməl olunmayacağı təqdirdə palata təşkilatların hesablarını dondurmağa imkan verən səlahiyyətlərindən istifadə edə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, ötən il Hesablama Palatasından təxminən 100 sərəncam göndərilib. Ancaq onların yerinə yetirilməməsi barədə faktlar qeydə alınmayıb.

Ötən il palata tərəfindən 68 auidit yoxlaması həyata keçirilib. Maliyyə Nazirliyi ilə birgə keçirilən yoxlamalar nəticəsində 3 vergi ödəyicisinə qarşı cinayət işi başlanılıb və hüquq-mühafizə orqanlarına göndərilib. Baş Prokurorluqla birgə keçirilən yoxlamalar nəticəsində isə 2250 manat vəsait dövlət büdcəsinə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti