...

Azərbaycanda pensiyaların təyini iyulun 1-dən avtomatlaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 15:11 (UTC +04:00)
Azərbaycanda əmək pensiyalarının avtomatlaşdırılmış təyinatına 2013-cü il iyulun 1-dən başlamaq planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanda pensiyaların təyini iyulun 1-dən avtomatlaşdırılacaq

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda əmək pensiyalarının avtomatlaşdırılmış təyinatına 2013-cü il iyulun 1-dən başlamaq planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu prosesin proqram təminatı üzrə işlər artıq yekunlaşıb və indi "Call-mərkəz"in formalaşdırılması işləri görülür.

Əmək pensiyalarının avtomatlaşdırılmış təyinatına keçmək üçün yeganə problem 2006-cı ilə qədər pensiyaya çıxan pensiyaçıların stajı haqqında məlumatların toplanmasıdır. Staj haqqında məlumatlar olarsa, qanunvericiliyə əsasən, hər ilin 170 manata vurulması yolu ilə 2006-cı ilə qədər şəxsin pensiya kapitalını müəyyənləşdirmək mümkün olacaq.

Müslümovun sözlərinə görə, 2006-cı ilə qədər vətəndaşların iş stajını yalnız əmək kitabçaları əsasında müəyyənləşdirmək olar. Buna görə də onların DSMF-yə təqdim olunması vacib məsələdir. Bununla əlaqədar olaraq, DSMF sədri bir daha vətəndaşlara müracət edərək bildirib ki, onlar əmək kitabçasında olan məlumatları fondun yerli şöbələrinə təqdim etsinlər.

"Onlar pensiya yaşına çatanda pensiyaların ödənilməsi ilə bağlı heç bir problem yaranmayacaq. Yəni iyulun 1-dən etibarən sistem bütün vətəndaşlar üçün açıq olacaq. Staj haqqında tam informasiyanın əks olunduğu şəxslərdə pensiya təyinatı tamamilə təmin ediləcək. Şəxslərdə 2006-cı il yanvarın 1-dək staj haqqında məlumatlar olmadıqda, onlara pensiya ödənişləri aşağı olacaq", - Müslümov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti