...

Ərdoğan: Türkiyə BVF-yə borcunu gələn ay ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 15:24 (UTC +04:00)
Türkiyə 2013-cü ilin may ayında Beynəlxalq Valyuta Fonduna (BVF) borcunu ödəyəcək. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı deyib.
Ərdoğan: Türkiyə BVF-yə borcunu gələn ay ödəyəcək

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə 2013-cü ilin may ayında Beynəlxalq Valyuta Fonduna (BVF) borcunu ödəyəcək. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı deyib.

Ərdoğanın sözlərinə görə, hazırda Türkiyənin BVF-yə borcu 6,1 milyard dollar təşkil edir.

"Türkiyə iqtisadi islahatlar aparır və bu siyasəti gələcəkdə də davam etdirməyə hazırlaşır", - o qeyd edib.

Baş nazir əlavə edib ki, ölkənin iqtidar partiyası hakimiyyətə gələrkən Türkiyənin BVF qarşısında 23,5 milyard dollar həcmində borcu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti