...

Bakı-Tbilisi-Qars dəmiryolu çərçivəsində tunelin inşası üzrə komissiyanın birinci iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 15:20 (UTC +04:00)
Tbilsidə Bakı-Tbilisi-Qars yeni dəmiryolu xəttində dəmiryol tunelinin tikintisinə kömək məqsədilə Gürcüstan-Türkiyə birgə komissiyasının birinci iclası keçirilir.
Bakı-Tbilisi-Qars dəmiryolu çərçivəsində tunelin inşası üzrə komissiyanın birinci iclası keçirilir

Gürcüstan, Tbilisi, 16 aprel /Trend, müxbir N.Kirsxaliya/

Tbilsidə Bakı-Tbilisi-Qars yeni dəmiryolu xəttində dəmiryol tunelinin tikintisinə kömək məqsədilə Gürcüstan-Türkiyə birgə komissiyasının birinci iclası keçirilir.

Trend-in məlumatına görə, görüşdə Gürcüstan tərəfindən İqtisadiyyat Nazirliyi, DİN, vergi xidməti, "Marabda-Kartsaxi Dəmiryolu" ASC və "Gürcüstan Dəmir Yolları" ASC-nin nümayəndələri iştirak edirlər. Türkiyə tərəfindən isə Nəqliyyat, Dəniz İşləri və Kommunikasiya Nazirliyi, Gömrük Məsələləri və Ticarət Nazirliyi və Ərdəhan vilayəti yerli icra hakimiyyəti orqanının nümayəndələri iştirak edirlər.

Görüş iştirakçıları bildiriblər ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsi yeni mərhələyə daxil olur. Gürcüstan və Türkiyəni birləşdirəcək tunelin tikintisinə başlanılır.

Bu gün görüş iştirakçıları Samtsxe-Cavaxeti regionunda inşaat işlərinin gedişi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti