...

Azərbaycan əhalisinin gəlirləri 6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 17:20 (UTC +04:00)
2013-cü ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 7,7 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 836,4 manat və ya ayda 278,8 manat təşkil edib.
Azərbaycan əhalisinin gəlirləri 6 faiz artıb

Azərbaycan, Bakı, 16 aprel /Trend/

2013-cü ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 7,7 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 836,4 manat və ya ayda 278,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,3 faiz bəndi üstələyərək 4,5 faiz olub.

Gəlirlərin 70,8 faizi son istehlaka, 9,4 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 17,9 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 7,0 milyard manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 5,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti