...

Azərbaycan Qazaxıstanda logistika mərkəzləri açmağı planlaşdırır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2013 14:04 (UTC +04:00)
Azərbaycan Qazaxıstanda logistika mərkəzləri açmağı planlaşdırır

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Qazaxıstanda logistika mərkəzləri açmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirlən Azərbaycan - Qazaxıstan biznes forumunda çıxışı zamanı Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, ölkə başçısı xarici iqtisadi əlaqələrin genişləndirilməsi məsələsini qarşıya qoyub və bu istiqamətdə Azərbaycan bu gün müxtəlif funksional vasitələrdən istifadə edir.
Səfərov, həmçinin bildirib ki, logistika mərkəzlərinin digər ölkələrdə də yaradılması nəzərdə tutulur. Ehtimal olunur ki, Qazaxıstanda, habelə digər ölkələrdə belə logistika mərkəzlərinin yaradılması ölkələr arasında ticarət-iqtisadi münasibətlərin fəallaşmasına imkan yaradacaq.

"Bu gün Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlər sahəsində kifayət qədər inkişaf etdirilmiş hüquqi baza mövcuddur, sərmayələrin qorunması, ikitərəfli vergi qoyuluşundan imtina və bir sıra digər sahələrdə 20-dən artıq saziş imzalanıb ki, bu da bizim ticarət münasibətlərimizin inkişafına müsbət təsir göstərəcək",- nazir müavini bildirib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin genişlənməsi üçün çoxfunksiyalı baza yaradılıb. Hökümətlərarası komissiyaların müntəzəm şəkildə keçirilən iclaslarında ikitərəfli əməkdaşlığın aktual məsələləri, həmçinin ticarət-iqtisadi əlaqələrin optimallaşdırılması məsələləri müzakirə olunur.

Vaxtaşırı olaraq həm Azərbaycanda, həm də Qazaxıstanda biznes forumlar keçirilir ki, bu da iki ölkənin biznes cəmiyyətləri arasında effektiv münasibətlərin yaradılmasına və qaydaya salınmasına imkan verir.

"Bu gün Azərbaycanda Qazaxıstan sərmayəsi ilə 30-dan artıq şirkət fəaliyyət göstərir. Həmçinin, bizim sahibkarların Qazaxıstana olduqca böyük marağı var. Müstəqillik dövründə, son 20 il ərzində yaradılan iqtisadi əlaqələr bizə deməyə imkan verir ki, sonrakı genişlənmə və ticarət-iqtisadi münasibətlərin dərinləşməsi üçün böyük və istifadə olunmayan potensial var", - Səfərov bildirib.

Bu gün Azərbaycan 150-dən artıq ölkə ilə ticarət-iqtisadi əlaqələri dəstəkləyir. Onlar arasında Qazaxıstanla əməkdaşlığın genişləndirilməsi respublika üçün əhəmiyyətli prioritetdir.

"Bu gün Azərbaycan üçün prioritet məsələ hazırda dinamik inkişaf edən qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Xüsusilə də bizim ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı sahəsində siyasətin reallaşdırılması nəticəsində aqrar sahədə inkişaf müşahidə olunur. Ölkələrimiz potensiallardan istifadə edərək qeyri-neft sektoru daxil olmaqla xarici iqtisadi münasibətlərin genişlənməsinə nail olmalıdırlar", - Səfərov bildirib.

Nazir müavinin sözlərinə görə, Azərbaycan Qazaxıstanla münasibətlərin inkişafına çox fəal şəkildə köklənib və konkret tədbirlərin görülməsinə istiqamətlənib.

"Və bu planda biz Qazaxıstan tərəfindən lazımı dəstəyi tapdıq. İndi yalnız səyləri əlavə etmək və onların reallaşdırması üçün prioritetləri müəyyən etmək qalır", - Səfərov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti