...

"AtaBank"ın nağdsız ödənişlərin stimullaşdırılması kampaniyasının qalibləri məlum olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2013 16:27 (UTC +04:00)
"AtaBank" ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" kampaniyası çərçivəsində bankın Nəsimi, Bakı, Şirvan və Sumqayıt filiallarından müxtəlif məbləğdə pul mükafatları qazanmış İlham Məhərrəmov Ələddin oğlu, Qurbanova Nərminə Namik qızı, Nadirov Fuad Əlican oğlu, Mehdiyev Orxan Telman oğlu və Haciyev Ziya Elşad oğlu qalib olublar.
"AtaBank"ın nağdsız ödənişlərin stimullaşdırılması kampaniyasının qalibləri məlum olub

Azərbaycan, Bakı, 17 aprel /Trend/

"AtaBank" ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" kampaniyası çərçivəsində bankın Nəsimi, Bakı, Şirvan və Sumqayıt filiallarından müxtəlif məbləğdə pul mükafatları qazanmış İlham Məhərrəmov Ələddin oğlu, Qurbanova Nərminə Namik qızı, Nadirov Fuad Əlican oğlu, Mehdiyev Orxan Telman oğlu və Haciyev Ziya Elşad oğlu qalib olublar. Bu barədə Trend-ə çərşənbə günü bankdan daxil olan məlumatda bildirilir.

Onlar "AtaBank" ASC-nin POS-terminalları vasitəsilə alış-veriş etmiş və 20 (iyirmi) manatlıq çeki banka təqdim edərək uduşlu kuponlar əldə etmişdilər. Kampaniyada yalnız "AtaBank" ASC müştəriləri yox, bütün plastik kart sahibləri iştirak edə bilərlər. Məhz bu səbəbdən də hər birinizə alış-veriş üçün "AtaBank" ASC-nın POS-terminallarından istifadə etməyi məsləhət görürük.

Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduş var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və https://twitter.com/AtaBank səhifəsinə daxil olmaq olar.

"AtaBank" ASC-nın Pos-terminal siyahısı: http://atabank.com/?sid=131

Məqalədə:
Xəbər lenti

Xəbər lenti