...

Bakıda Avropanın iki şəhərinin Ticarət Evi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2013 18:42 (UTC +04:00)
Bu gün Bakıda Avropanın iki şəhəri - Lommel (Belçika) və Berqeykin (Niderland) Ticarət Evinin açılışı olub.
Bakıda Avropanın iki şəhərinin Ticarət Evi açılıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir H.Vəliyev/

Bu gün Bakıda Avropanın iki şəhəri - Lommel (Belçika) və Berqeykin (Niderland) Ticarət Evinin açılışı olub.

Trend-in məlumatına görə, açılış mərasimi hər iki şəhərin merləri Piter Vanvelthoven və Driek van de Vodervootun (eyni zamanda, Niderland Kraliçası Beatriksin nümayəndəsidir) Azərbaycana rəsmi səfərləri çərçivəsində keçirilib.

Ticarət Evinin rəhbəri vəzifəsinə "Bresser Eurasia BV" şirkətinin təsisçisi və başçısı Leon Sveyhers təyin edilib.

"Ticarət Evinin açılışı ilə ölkələr arasında mədəniyyət və iqtisadiyyat sahələrində münasibətləri daha da inkişaf etdirmək, qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri yaratmaq, habelə Belçika və Niderlanddan turistləri Azərbaycana cəlb etmək istəyirik", - Sveyhers deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti