...

DB Azərbaycanda məişət tullantılarının idarə edilməsinə özəl sektorun çıxışını açmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A. Axundov/

Bu il Dünya Bankı (DB) analitik və məsləhət xidmətlərinin göstərilməsi proqramı (Analytical and Advisory Services - AAA) çərçivəsində Azərbaycanda məişət tullantılarının idarə edilməsində özəl sektorun iştirakı (Private Sector Participation in Solid Waste Management) haqqqında sənəd hazırlayacaq.

Bu barədə cümə axşamı Trend-ə bankın Bakı nümayəndəliyindən bildiriblər.

Bundan başqa, bank AAA proqramı çərçivəsində bu il iqtisadiyyatın şaxələndirilməsi (Economic Diversification for Growth) və Cənubi Qafqaz regionunda sahibkarlığın stimullaşdırılması (Fostering Entrepreneurship in South Caucasus) üzrə sənədləri hazırlayacaq. Bu sənədlərin hazırlanması DB-nin Azərbaycan üzrə mövcud strategiyasında nəzərdə tutulmayıb.

Nümayəndəlikdən deyiblər ki, DB dövlət xərclərinin proqram icmalı (Programmatic Public Expenditure Review) üzərində işi də başa çatdırır.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti