...

"Kapital Bank" kapitalın artırılmasını nəzərdən keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Axundov/

"Kapital Bank" ASC-nin səhmdarları iyunun 10-da keçiriləcək növbəti ümumi yığıncaq zamanı bankın nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı rəsmi mətbuatda dərc edilən xəbərdə deyilir.

Hazırda bankın nizamnamə kapitalı 50 milyon manat təşkil edir.

Bundan başqa, "Kapital Bank" ASC-nin səhmdarlarının yığıncağının gündəliyinə 2012-ci ilin yekunları üzrə maliyyə göstəricilərinin təsdiqi, Müşahidə Şurası və Audit komitəsinin yeni tərkibinin seçilməsi kimi məsələlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti