...

"FINCA Azerbaijan" Ağsuda yeni ofis açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 14:34 (UTC +04:00)
Для повышения удобства и оперативности оказываемых услуг в расширяющейся в регионах страны сети своих филиалов небанковская кредитная организация (НБКО) "FINCA Azerbaijan" провела мероприятие по открытию нового административного здания офиса в Агсу,
"FINCA Azerbaijan" Ağsuda yeni ofis açıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Müştərilərə daha çevik və yaxın xidmət göstərmək üçün regionlarda filial və sub-ofislər şəbəkəsini genişləndirən "FINCA Azərbaijan" Qeyri-bank Kredit Təşkilatı (QBKT) Ağsu sub-ofisinin yeni inzibati binasının açılış mərasimini keçirib. Bu barədə cümə axşamı Trend-ə QBKT-dən bildiriblər.

Müasir, geniş və müştərilərə rahat xidmət göstərilməsi üçün tam hazır olan Ağsu sub-ofisinin açılış mərasımində "FINCA Azərbaijan"ın rəhbər şəxsləri, yerli İcra Hakimiyyəti orqanı nümayəndələri, digər maliyyə təşkilatların mütəxəssisləri və müştərilər iştirak ediblər.

Qonaqlara "FINCA Azerbaijan"nın uğurla həyata keçirdiyi layihələr və nailiyyətlər haqqında məlumat verilib, həmçinin Ağsu sub-ofisi ilə uzun müddət ərzində əməkdaşlıq edən müştərilərə təşkilat tərəfindən hədiyyələr təqdim olunub.

Yeni ofisdə çalışan 11 nəfər işçi heyəti müştərilərə surətli və yüksək səviyyədə maliyyə xidmətləri göstərməyə çalışır. Ağsu sub-ofisinə müraciət edən müştərilər qısa müddət ərzində 50,000 ABŞ dolları məbləğində FINCA-nın kredit məhsullarını əldə edə bilərlər.

Hazırda ofisin kredit portfeli 3 milyondan artıq ABŞ dolları, müştəri sayı isə 3000 nəfər təşkil edir.

Ağsu şəhəri, N.Gəncəvi küç. 8A ünvanında yerləşən sub-ofis müştərilərə həftənin 5 günü, saat 09:00-dan - 18:00-dək (13:00 - 14:00 nahar fasiləsi) xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti