...

AZPROMO və Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası anlaşma memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 18:39 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası (CCPIT) bu gün Bakıda anlaşma memorandumu imzalayıblar.
AZPROMO və Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası anlaşma memorandumu imzalayıblar

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası (CCPIT) bu gün Bakıda anlaşma memorandumu imzalayıblar.

Trend-in məlumatına görə, sənədə AZPROMO-nun sədri Rüfət Məmmədov və CCPIT-in sədr müavini Çanq Vey imza atıblar.

Sənəd Bakıda keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində imzalanıb.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, iki ölkə arasında əlaqələrin inkişafı üçün etibarlı normativ-hüquqi baza mövcuddur. Azərbaycan və Çin arasında 20-dən artıq sənəd imzalanıb.

"Hər iki ölkənin iqtisadiyyatı dinamik inkişaf edir ki, bu da qarşılıqlı ticarət əlaqələrinin potensialını genişləndirir", - Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Çin kapitalı ilə 69 şirkət fəaliyyət göstərir, həmin şirkətlər, əsasən, ticarət, tikinti, kənd təsərrüfatı və rabitə sahələrində çalışırlar.

Biznes forumda hər iki ölkənin rəsmi şəxsləri, həmçinin qida sənayesi, tikinti, yük avtomobillərinin istehsalı, İKT, enerji, logistika, emal və turizm sahələrini təmsil edən şirkət nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti