...

"A-Qroup" intizamlı sürücüləri qorumaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2013 16:15 (UTC +04:00)
"A-Qroup" sığorta şikətinin fəaliyyətinin əsas xüsusiyyəti yeni məhsul hazırlayarkən hər bir müştəriyə fərdi yanaşmasıdır.
"A-Qroup" intizamlı sürücüləri qorumaq niyyətindədir

Azərbaycan, Bakı, 19 aprel /Trend/

"A-Qroup" sığorta şikətinin fəaliyyətinin əsas xüsusiyyəti yeni məhsul hazırlayarkən hər bir müştəriyə fərdi yanaşmasıdır. Göydəndüşmə təkliflə bazara cıxmaqda məqsəd intizamlı və ehtiyatlı sürücülərin günahı olmadan ziyan cəkmələrinin qarışısını almaqdır. Bu barədə cümə günü şirkətdən Trend-ə verilən məlumatda deyilir.

"A-Qroup" sığorta şirkətinin müştəriləri cəmi 0,55 faiz ödəməklə öz nəqliyyat vasitələrini onların günahından baş verməyən bütün hadisələrdən qoruya bilərlər: yol-nəqliyyat-hadisələri, göydən düşmə nəticəsində zədələr, ücüncü şəxsin qeyri-qanuni hərəkəti, oğurluq, qaçırma və başqa gözlənilməz hadisələr.

Göydəndüşmə təklif - bu, pulunuza qənaət və etibarlı təminat əldə etmək üçün möhtəşəm fürsətdir. Şübhəsiz ki, bu təklif "A-Qroup" sığorta şirkətinin müştərilərini artıq xərclərdən və narahatlıqlardan azad edəcəkdir.

Üstünlükləri - yüksək səviyyədə xidmət, azadolma məbləği yox, köhnəlmə xərci yox, evakuasiya ilə təmin olunma, rəsmi orqanlarda sənədləşmə işləri.

"A-Qroup" sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir. İlin əvvəlində şirkət növbəti dəfə ISO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq etmişdir. "A-Qroup" "Korporativ idarəetmə layihəsi"nin mükəmməlləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti