...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2013 12:08 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti dəyişməyib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti dəyişməyib.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7847 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

8 aprel

0,7846

15 aprel

0,7847

9 aprel

0,7846

16 aprel

0,7847

10 aprel

0,7846

17 aprel

0,7847

11 aprel

0,7845

18 aprel

0,7847

12 aprel

0,7845

19 aprel

0,7847

Həftə ərzində orta

0,7856

Həftə ərzində orta

0,7847

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişilməz qalıb. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7836 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 15-də və 18-də 0,7836 AZN/USD məzənnə ilə 1,792 mln. dollar; aprelin 16-da sövdələşmələr imzalanmadığından məzənnə 0,7836 AZN/USD səviyyəsində qalıb; aprelin 17-də 0,7836 AZN/USD məzənnə ilə 2,447 mln. dollar; aprelin 19-da 0,7836 AZN/USD məzənnə ilə 0,817 mln. dollar.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

8 aprel

0,7836

15 aprel

0,7836

9 aprel

0,7836

16 aprel

0,7836

10 aprel

0,7836

17 aprel

0,7836

11 aprel

0,7836

18 aprel

0,7836

12 aprel

0,7836

19 aprel

0,7836

Həftə ərzində orta

0,7836

Həftə ərzində orta

0,7836

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti