...

Express sığorta – online rejimdə “tez, rahat, sərfəli”

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 11:00 (UTC +04:00)
Ekspress Sığorta Agentliyi öz müştərilərini yeni xidmət və təkliflərlə sevindirməyə davam edir. Öz “Tez, Rahat, Sərfəli” şüarına sadiq qalan Ekspress Agentliyi əsas sığorta məhsulları üzrə onlayn rejimdə sığorta haqqını hesablamaq imkanı yaradan internet səhifəsini müştərilərin istifadəsinə verib.
Express sığorta – online rejimdə “tez, rahat, sərfəli”

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Ekspress Sığorta Agentliyi öz müştərilərini yeni xidmət və təkliflərlə sevindirməyə davam edir. Öz "Tez, Rahat, Sərfəli" şüarına sadiq qalan Ekspress Agentliyi əsas sığorta məhsulları üzrə onlayn rejimdə sığorta haqqını hesablamaq imkanı yaradan internet səhifəsini müştərilərin istifadəsinə verib. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən daxil olan məlumata bildirilir.

Express Services Group (ESG) şirkətinə məxsus www.esg.az internet səhifəsi müştərilər üçün sığortanın şərtləri ilə tanış olmaq, avtomobillərin tam KASKO sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və xaricə səfər edənlərin səyahət sığortası növləri üzrə sığorta haqqının hesablanması və onlayn rejimdə sığorta müqavilələrin sifariş edilməsi imkanı yaradır.

İnternet resurs korporativ müştərilər üçün də sığorta məhsulları haqqında məlumat təqdim edir. Yaxın gələcəkdə korporativ müştərilər tərəfindən sığorta sorğularının onlayn şəkildə doldurulması sisteminin tətbiqi planlaşdırılır. Bu sistem vasitəsilə korporativ müştərilər sığorta şirkətinin ofisinə gəlmədən sığorta agentliyindən elektron şəkildə qiymət təklifləri almaq imkanı əldə edəcəklər.
Müştərilərin rahatlığı üçün Ekspress Sığorta Agentliyi sığorta müqavilələrin müştərinin ünvanına ekspress çatdırılması xidmətini təmin edir. Sığorta müqaviləsini əldə etmək üçün müştərilər həm onlayn sifariş, həm də şirkətin məlumat mərkəzinə (012) 488 6454 telefon nömrəsinə zəng vura, və ya şirkətin Yeni Hayat (Azure Biznes Mərkəzi) ünvanında yerləşən baş ofisinə müraciət edə bilərlər. Ekpress Sığorta Agentliyi öz müştərilərinə sığorta haqqlarını kreditlə, yəni hissə-hissə ödəmək imkanını yaradır.

Ekspress Sığorta Agentliyi ölkəmizdə fəaliyyət göstərən sığorta agentləri üçün peşəkar inkişaf və karyera yüksəlişi üçün şərait yaradır. Öz gələcəklərini peşəkar sığorta agentliyində qurmaq istəyən sığorta agentləri Ekspress Sığorta Agentliyinə artıq www.esg.az internet səhifəsi vasitəsilə də müraciət edə bilərlər.

Yeni internet resursun yaradılmasını şərh edən şirkətin baş səhmdarı Rəşad Abbasov bildirib: "Tez, Rahat, Sərfəli" prinsiplərimizə əsaslanaraq biz bir aydan çoxdur ki, müştərilərimizə ünvana çatdırılma ilə "tez" sığorta xidmətini təklif edirik. Bu gün biz sığortanı müştəriləmiz üçün daha da "rahat" etmək üçün onlayn xidmətlərə başladıq. Hal-hazırda biz sığorta xidmətlərimizin həm qiymət, həm də təminat baxımından rəqiblərdən daha da "sərfəli" olması istiqamətində çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti