...

BVF Azərbaycanda birrəqəmli inflyasiyanın qalacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 14:26 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda 2013-cü ildə yeddi faiz, 2014-cü ildə isə 6,5 faiz səviyyəsində inflyasiya olacağını proqnozlaşdırır.
BVF Azərbaycanda birrəqəmli inflyasiyanın qalacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir A.Axundov /

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda 2013-cü ildə yeddi faiz, 2014-cü ildə isə 6,5 faiz səviyyəsində inflyasiya olacağını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə ötən gün dərc olunan fondun "Dünya iqtisadiyyatının inkişaf perspektivləri - 2013" (World Economic Outlook 2013) adlı hesabatında bildirilir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara görə, 2013-cü ilin mart ayında istehlak mallarının və xidmət tariflərinin qiyməti əvvəlki ayla müqayisədə 0,6 faiz bahalaşıb. Bu ilin birinci rübündə isə illik inflyasiyanın həcmi 1,2 faiz olub.

BVF gözləntilərinə görə, Azərbaycanda ÜDM 2013-cü ildə 4,1 faiz, 2014-cü ildə ÜDM 5,8 faiz, 2018-ci ildə isə 4 faiz artacaq.

Dövlət Komitəsinin məlumatlarına görə, 2013-cü ilin birinci rübündə Azərbaycanda ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb və cari qiymətlərlə 12,947 milyard manat təşkil edib.

BVF qiymətləndirməsinə görə, 2013-cü ildə tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 10,6 faizni, 2014-cü ildə 6 faiz təşkil edəcək. 2018-ci ildə isə bu balans ÜDM 0,1 faiz göstərici ilə defisit olacaq.

Həmçinin BVF 2013-cü və 2014-cü illərdə işsizlik səviyyəsinin 6 faiz səviyyəsində qalacağını proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti