...

“AtaSığorta” Azərbaycan İpoteka Fondunun əmlak sığortası üzrə sığortaçısı seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 13:58 (UTC +04:00)
“AtaSığorta” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun inzibati binasının və inzibati binada yerləşən əmlakının sığortalanması ilə bağlı keçirilmiş açıq tenderdə qalib elan edilib.
“AtaSığorta” Azərbaycan İpoteka Fondunun əmlak sığortası üzrə sığortaçısı seçilib

Azərbaycan, Bakı, 22 aprel /Trend/

"AtaSığorta" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun inzibati binasının və inzibati binada yerləşən əmlakının sığortalanması ilə bağlı keçirilmiş açıq tenderdə qalib elan edilib. Bu barədə bazaar ertəsi Trend-ə "Ataholdinq"dən məlumat verilib.

Şirkət bu uğurunu korporativ və fərdi müştərilərlə yanaşı dövlət təşkilatlarının "AtaSığorta" ASC-yə olan yüksək etibarının təsdiqi kimi qiymətləndirir.

"AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti