...

Dövlət Gömrük Komitəsi: Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsinin artımı münasibətlərin inkişafının göstəricisidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 16:16 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsi artır ki, bu da iki ölkə, xüsusilə gömrük administrasiyaları arasında münasibətlərin inkişafının göstəricisidir.
Dövlət Gömrük Komitəsi: Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsinin artımı münasibətlərin inkişafının göstəricisidir

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsi artır ki, bu da iki ölkə, xüsusilə gömrük administrasiyaları arasında münasibətlərin inkişafının göstəricisidir. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakıda gürcü həmkarı ilə keçirdiyi görüşdə bildirib.

"Əgər 2009-cu ildə qarşılıqlı ticarət dövriyyəsi təxminən 450 milyon dollar səviyyəsində idisə, 2012-ci ildə bu rəqəm 700 milyon dollara çatıb, 2013-cü ilin birinci rübündə isə 200 milyon dolları ötüb", - Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ceyhan kimi iri beynəlxalq layihələr çərçivəsində uğurla əməkdaşlıq edirlər.

Gürcüstan Maliyyə Nazirliyi yanında Gömrük İdarəsinin rəisi Laşa Xuçişvili qeyd edib ki, iki ölkə arasında iqtisadi və mədəni münasibətlər yüksək səviyyədədir.

"Bu, mənim Azərbaycana ilk səfərimdir. Səfər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcək", - Xuçişvili deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti