...

"İqtisadi inkişafımızın Heydər Əliyev modeli" mövzusunda işəgötürənlərlə "dəyirmi masa"lar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 16:51 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən Azərbaycan Prezidentinin 2013-cü il 21 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 11-ci bəndinin icrası olaraq, ulu öndərin dövlət məşğulluq siyasətinin həyata keçirilməsində, vətəndaşların səmərəli və sərbəst seçilmiş məşğulluğunun təmin edilməsində, qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsində, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində misilsiz fəaliyyətinə, uzaqgörən siyasətinə, eləcə də 90 illik yubileyinə həsr olunmuş "İqtisadi inkişafımızın Heydər Əliyev modeli" mövzusunda cari il aprel ayının 23-dən may ayının 8-dək sosial tərəfdaşlarla "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulub.
"İqtisadi inkişafımızın Heydər Əliyev modeli" mövzusunda işəgötürənlərlə "dəyirmi masa"lar keçiriləcək

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən Azərbaycan Prezidentinin 2013-cü il 21 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 11-ci bəndinin icrası olaraq, ulu öndərin dövlət məşğulluq siyasətinin həyata keçirilməsində, vətəndaşların səmərəli və sərbəst seçilmiş məşğulluğunun təmin edilməsində, qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsində, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində misilsiz fəaliyyətinə, uzaqgörən siyasətinə, eləcə də 90 illik yubileyinə həsr olunmuş "İqtisadi inkişafımızın Heydər Əliyev modeli" mövzusunda cari il aprel ayının 23-dən may ayının 8-dək sosial tərəfdaşlarla "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu tədbirin keçirilməsində məqsəd Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərini, millətimizin formalaşmasında, işsizliyin aradan qaldırılmasında, Azərbaycanın müstəqil dövlət kimi dünya miqyasında tanınmasında, iqtisadiyyatımızın analoqu olmayan inkişafında danılmaz rolunu vurğulayaraq ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Bununla yanaşı, sosial tərəfdaşların (işəgötürənlərin) məşğulluq xidmətində rolu, eləcə də işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən məşğulluq tədbirləri və əhalinin səmərəli məşğulluğunun təmin edilməsində işəgötürənlərin hüququ və vəzifələri müzakirə olunacaq, məşğulluqla bağlı qəbul olunmuş normativ-hüquqi sənədlərlə tədbir iştirakçıları tanış ediləcəklər.

Keçirilən tədbirlərdə rayon ərazisində fəaliyyət göstərən müəssisə, təşkilat, şirkət, firmaların, eləcə də rayon İcra hakimiyyətlərinin, həmkarlar təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti