...

Gömrük rüsumları Azərbaycanın dövlət büdcəsinə qrafikə uyğun daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 18:39 (UTC +04:00)
Gömrük rüsumları və vergiləri dövlət büdcəsinə qrafikə uyğun köçürülür.
Gömrük rüsumları Azərbaycanın dövlət büdcəsinə qrafikə uyğun daxil olur

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Axundov/

Gömrük rüsumları və vergiləri dövlət büdcəsinə qrafikə uyğun köçürülür. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, DGK bu ilin yanvar-mart aylarında gömrük rüsumları və vergilərinin toplanması hesabına dövlət büdcəsinə 289 milyon manatdan çox vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 35 milyon manat üstələyir.

"İş qrafikə uyğun gedir", - Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti