...

Sabah Bakının əksər rayonlarında qaz olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 18:43 (UTC +04:00)
Bakının əksər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah Bakının əksər rayonlarında qaz olmayacaq

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Bakının əksər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, 23 aprel 2013-cü il tarixdə saat 10:00-dan saat 14:00-dək "Təzə Qanlıgöl" orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 18:00-dək "Ərəblinka" qaz kəmərində, saat 10:00-dan 17:00-dək isə "Məişət" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarının bir hissəsinə, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti