...

Azərbaycan gömrüyü İranla sərhəddə keçid məntəqələrinin sutkalıq işini təmin edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 19:31 (UTC +04:00)
Azərbaycan gömrüyü İranla sərhəddə nəzarət-keçid məntəqələrinin sutkalıq işini təmin etmək üçün hər cür imkana malikdir.
Azərbaycan gömrüyü İranla sərhəddə keçid məntəqələrinin sutkalıq işini təmin edə bilər

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan gömrüyü İranla sərhəddə nəzarət-keçid məntəqələrinin sutkalıq işini təmin etmək üçün hər cür imkana malikdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydin Əliyev deyib.

"Məntəqələrin 24 saat işləməsi barədə qərar qəbul edilərsə, bu işi aparmaq üçün hər cür imkanımız var", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, bundan əlavə, Azərbaycan "Aslandüz-Horadiz" sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinin bərpa edilməsində maraqlıdır. Bu fikir ötən həftə İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşdə səsləndirlib.

Əliyevin sözlərinə görə, səfir bu məsələni ölkəsinin hökuməti qarşısında qaldıracağına dair vəd verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti