...

“Amrahbank” ASC-nin gəlirləri 10 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 14:57 (UTC +04:00)
2013-cü ilin 1-ci rübünün nəticələrinə görə, "Amrahbank" ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 dəfə artaraq 1557.9 min manat təşkil edib.
“Amrahbank” ASC-nin gəlirləri 10 dəfə artıb

Azərbaycan, Bakı, 23 aprel /Trend/

2013-cü ilin 1-ci rübünün nəticələrinə görə, "Amrahbank" ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 dəfə artaraq 1557.9 min manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankdan bildirlir.

Bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 60.2 faiz artaraq 5421.10 min manat, xərcləri isə 19.82 faiz artaraq 3863.20 min manat olub.

Hesabat dövründə "Amrahbank" ASC-nin aktivlərinin həcmi 105239.64 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.7 faiz çoxdur.

Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 47.25 faiz, ilin əvvəli ilə müqayisədə 2.25 faiz artaraq 83919.5 min manat, o cümlədən istehlak kreditlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.4 faiz, ilin əvvəli ilə müqayisədəisə 5 faiz artaraq 68650.7 min manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.3 faiz artaraq 60228.7 min manat, o cümlədən əhalinin əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.71 faiz, ilin əvvəli ilə müqayisədə 2.04 faiz artaraq 44823.8 min manat təşkil etmişdir.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hazırda bankın 19 filiali və 3 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti