...

Fizuli Ələkbərov: Azərbaycan İƏT ölkələrində işsizlik probleminin həllində fəaliyyəti əlaqələndirəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E. İsmayılov/

Azərbaycan yaxın iki ildə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində işsizlik problemlərinin həllində fəaliyyətin əlaqələndirilməsilə bağlı üzərinə öhdəlik götürüb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib.

Bu gün Bakıda İƏT üzvü olan ölkələrin Əmək nazirliklərinin nümayəndələrinin iclası keçirilir. Aprelin 25-26-da Bakıda İƏT ölkələrinin əmək nazirlərinin konfransı keçiriləcək.

Ələkbərovun sözlərinə görə, Bakıda belə konfransın keçirilməsi işsizlik probleminin həlli sahəsində dünya çağırışlarına cavabdır. "Ölkəmiz konfransda bu sahədə iddialı planlarla çıxış edir və iştirakçı ölkələr də Azərbaycanın təcrübəsinin öyrənilməsinə maraq göstərirlər.

Azərbaycan yaxın 2 ildə işsizlik probleminin aradan qaldırılması sahəsində təşkilat ölkələrinin birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə üzərinə öhdəlik götürüb.

"Nazirlik tərəfindən bu problemlərin həllində əsas prioritet istiqamətlər dünya əmək bazarında əmək resurslarına tələbatın təmin edilməsi, həmçinin İslam ölkələrinin vacib problemlərindən biri olan gənclər və qadınlar arasında işsizliyin həlli üzrə tədbirlərin qəbulu olacaq.

İqtisadiyyatın mövcud potensialı ilə əmək bazarına müvafiq, həmçinin təhsil sahəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması üzrə tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti