...

Dövlət Neft Fondu Çin, Cənubi Koreya və Avstraliyada daşınmaz əmlakın alınması imkanlarını öyrənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 13:37 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nümayəndələri cari ilin ikinci yarısında daşınmaz əmlaka investisiya yatırılması imkanlarını öyrənmək üçün Çin, Cənubi Koreya və Avstraliyaya səfər edəcəklər.
Dövlət Neft Fondu Çin, Cənubi Koreya və Avstraliyada daşınmaz əmlakın alınması imkanlarını öyrənəcək

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nümayəndələri cari ilin ikinci yarısında daşınmaz əmlaka investisiya yatırılması imkanlarını öyrənmək üçün Çin, Cənubi Koreya və Avstraliyaya səfər edəcəklər.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.

"Ötən il altı ölkədə olmuşuq, bu il daha üç ölkəyə səfər etməyi planlaşdırırıq. Bu səfərdən sonra daşınmaz əmlaka investisiyalar haqqında qərar qəbul edəcəyik. Söhbət ofislərin icarəyə verilməsi üçün kommersiya daşınmaz əmlak obyektləri barədə gedir. Həm bir, həm də bir neçə ölkədə daşınmaz əmlaka investisiya yatırmaq mümkündür", - Mövsümov bildirib.

Onun sözlərinə görə, ARDNF-nin vəsaitlərinin hansı şirkətlərin səhmlərinə investisiya yatırılması barədə qərarı bir aydan sonra qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti