...

Xalq Bank və Park Cinema-dan gündəlik hədiyyələr

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 15:26 (UTC +04:00)
Xalq Bank “Hər gün Park Cinema-ya 2 nəfərlik bilet qazan” aksiyasını keçirir.
Xalq Bank və Park Cinema-dan gündəlik hədiyyələr

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Xalq Bank "Hər gün Park Cinema-ya 2 nəfərlik bilet qazan" aksiyasını keçirir. Aksiyanın şərtlərinə görə, gün ərzində www.xalqbank.az saytında ən çox ödəniş edən istənilən bankın plastik kart sahibi Park Bulvar və Metro Parkda yerləşən Park Cinema-ya 2 nəfərlik bilet qazanır.

Bankdan Trend-ə verilən məlumata görə, aksiyada istənilən bankın plastik kart sahibi iştirak edə bilər. Qalib gələn şəxslər yaxın günlərdə "Salem hökmdarları", "Əfsanə №17", "Şam ağacları altında", "Kon-tiki", "Tələyə xoş gəlmişsiniz", "Qanla və tərlə: Anaboliklər", "Çox qorxulu kino 3", "Rif 3D" və s. filmləri izləmək şansı əldə edəcəklər.

Aksiya 30 iyun tarixinədək hər gün keçirilir. Qalib hər günün sonunda etdiyi əməliyyatların nəticəsinə görə müəyyən edilir. Bankın təqdim etdiyi onlayn portalda ödənişlər tamamilə pulsuz və təhlükəsizdir. Müştərilər portalda qeydiyyatdan keçərək kommunal, mobil telefon, kabel televiziya və internet-provayderlərin ödənişlərini həyata keçirərək bonuslar qazana bilərlər. Hər ödənilən 1 manat istifadəçiyə 100 bonus xalı qazandırır. Yığılmış bonuslar elektron lotereya biletlərinə dəyişdirilərək iPad Mini, Samsung Galaxy S3 Mini, Bakının dəbdəbəli restoranlarından birində 2 nəfərlik şam yeməyi, dünya brendlərinin təqdim etdiyi ətirləri qazanmaq şansı verir. Aksiyada yalnız qeydiyyatdan keçmiş şəxslər iştirak etmək hüququna malikdirlər.

Qeyd edək ki, Xalq Bank tərəfindən təqdim olunan plastik kartlar pulsuzdur. Bununla da siz bankın 22 filialından birində plastik kart sifariş edərək tamamilə rahat və təhlükəsiz ödəniş etmək və müxtəlif hədiyyələr qazanmaq imkanını əldə edirsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti