...

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 43 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 14:34 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2013-ci ilin I rübünün sonuna 3,056 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 10,6 faiz çoxdur. Bu barədə çərşənbə günü bankın mətbuat xidmətindən Trend-ə məlumat veriblər.
Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 43 faizdən çox artıb

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2013-ci ilin I rübünün sonuna 3,056 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 10,6 faiz çoxdur. Bu barədə çərşənbə günü bankın mətbuat xidmətindən Trend-ə məlumat veriblər.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,419 milyard manata bərabər olub ki, bu da 2012-ci il aprelin 1-nə nisbətən 43,2 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2 faizi dövlətə, 49,8 faizi isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti