...

Bakıda tikilən piyada keçidinin yanında torpaq çökməsi baş verib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 12:58 (UTC +04:00)
Bakıda 3-cü mikrorayon dairəsi adlanan əraizinin yaxınlığında tikilən piyada keçidinin yanında su borusunun partlaması nəticəsində torpaq çökməsi baş verib. Bu barədə Trend-ə çərşənbə günü "Azəryol" SC-dən məlumat verilib.
Bakıda tikilən piyada keçidinin yanında torpaq çökməsi baş verib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bakıda 3-cü mikrorayon dairəsi adlanan əraizinin yaxınlığında tikilən piyada keçidinin yanında su borusunun partlaması nəticəsində torpaq çökməsi baş verib. Bu barədə Trend-ə çərşənbə günü "Azəryolservis" ASC-dən məlumat verilib.

SC-dən verilən məlumata görə, hadisə iritutumlu avtomobilin həcmi 326 millimetr olan su borusunun üzərindən keçməsi nəticəsində baş verib.

Məlumata görə, çöküntü köməkçi yolda olduğundan avtomobillərin hərəkətində problemlər yaşanmayıb.

Hazırda hadisə yerində qəzanın aradan qaldırılması məqsədilə işlər aparılır. İşlərin bitməsindən sonra, köməkçi yolda hərəkət bərpa ediləcək.

SC-dən bildiriblər ki, keçidin tikintisinə zərər dəyməyib. Hazırda tikinti işlərinin təxminən 90 faizi yekunlaşıb və yeraltı keçiddə üzlüyün çəkilməsi işləri gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti