...

"AtaSığorta" risklərin idarə edilməsi üzrə beynəlxalq konfransda iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 14:10 (UTC +04:00)
"AtaSığorta" ASC-nin rəhbərliyi 18-19 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş risklərin idarə edilməsi üzrə 9-cu beynəlxalq konfransda iştirak edib.
"AtaSığorta" risklərin idarə edilməsi üzrə beynəlxalq konfransda iştirak edib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

"AtaSığorta" ASC-nin rəhbərliyi 18-19 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş risklərin idarə edilməsi üzrə 9-cu beynəlxalq konfransda iştirak edib. ASC-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə şirkəti idarə heyətinin sədri Müseyib Əliyev təmsil edib.

Dövlət sektoru, bank, sığorta, kommersiya təşkilatları və iqtisadiyyatın real sektorunu təmsil edən nümayəndələrin iştirak etdiyi bu ənənəvi konfransda 20-dən artıq məruzəçi müxtəlif mövzularda maraqlı çıxışlar edib.

"AtaSığorta" şirkətinin bu cür beynəlxalq tədbirlərdə iştirakı beynəlxalq təcrübə mübadiləsi və yeni əməkdaşlıqların inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə də belə tədbirlərdə şirkətimizin müxtəlif səviyyələrdə təmsil olunması nəzərdə tutulmuşdur", - Müseyib Əliyev bildirib.

"AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti