...

Azərbaycan əhalisi sosial fonddakı yığımları barədə məlumatı bir ay ərzində alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 14:20 (UTC +04:00)
Государственный фонд социальной защиты (ГФСЗ) Dövlət Sosial Müdafiə Fondu (DSMF) ayın sonunadək sosial sığorta sistemində fərdi hesablardakı vəsaitlər haqqında məlumatların olduğu məktubların göndərişinə başlayacaq.
Azərbaycan əhalisi sosial fonddakı yığımları barədə məlumatı bir ay ərzində alacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A. Axundov/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ayın sonunadək sosial sığorta sistemində fərdi hesablardakı vəsaitlər haqqında məlumatların olduğu məktubların göndərişinə başlayacaq.

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə DSMF-nin sədri Səlim Müslümov deyib.

2013-cü ilin yanvarın 1-nə olan vəziyyətə görə, məktublar fərdi hesablardakı vəsaitlər haqqında məlumatlarla birlikdə fərdi hesabları olan bütün vətəndaşlara göndəriləcək.

"Bəzi texniki problemlərlə əlaqədar gecikmələr olub, həmin problemlər aradan qaldırılıb. Yaxın günlərdə məktubların göndərişinə başlayacağıq və ay ərzində bu prosesi yekunlaşdıracağıq", - Müslümov qeyd edib.

2013-cü il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 2 427 089 nəfərin sosial sığorta sistemində fərdi hesabı var ki, bu da cari ilin əvvəlinin göstəricisini 7,1 faiz üstələyir.

"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, cari ilin I rübündə müraciətlərin sayına görə DSMF-nin 4 elektron xidməti ilk 10-luqda liderlik edir. Bu xidmətlər üzrə 3 ay ərzində DSMF-yə təqribən 20 min nəfər müraciət edib. Digər xidmətlər üzrə müraciətlərlə müqayisədə bu, ciddi göstəricidir, lakin real nəticələr bizi qane etmir, çünki təqribən 2,6 milyon nəfər fərdi hesaba malikdir", - Müslümov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti