...

"Excelsior Hotel Baku" qonaqların pulsuz çatdırılmasını təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 20:28 (UTC +04:00)
Daim öz müştərilərinin rahatlığını düşünən "Excelsior Hotel Baku" hoteli qonaqlarına yeni bir xidmət təklif edir.
"Excelsior Hotel Baku" qonaqların pulsuz çatdırılmasını təmin edəcək

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Daim öz müştərilərinin rahatlığını düşünən "Excelsior Hotel Baku" hoteli qonaqlarına yeni bir xidmət təklif edir.

"Ata Holding"dən çərşənbə günü Trend-ə verilən məlumata görə, hoteldə keçirilən tədbirlərə iştirakçıların rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus alınaraq istifadəyə verilib.

24 aprel 2013-cü il tarixindən etibarən "Mercedes" sprinter markalı mikroavtobus səhər saat 08:30-dan 22:00-a qədər qonaqların xidmətində olacaq. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08:30-dan başlayaraq hər saatın yarısında "Excelsior Hotel Baku" hotelinin qarşısından qonaqları Park Bulvara və ilk turu səhər 09:00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından "Excelsior Hotel Baku" hotelinə aparacaq.

Xidmət ödənişsizdir, hotelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. "Excelsior Hotel Baku" hotelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Qeyd edək ki, "Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları, biznes mərkəzləri, restoranlar və "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti