...

Mərkəzi Bank: Dəməşq Rusiya və İranın maliyyə yardımına ümid edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 02:03 (UTC +04:00)
Dəməşq yaxın vaxtlarda Rusiya və İran ilə maliyyə yardımının ayrılması haqqında sazişin imzalanacağına ümid edir.
Mərkəzi Bank: Dəməşq Rusiya və İranın maliyyə yardımına ümid edir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Dəməşq yaxın vaxtlarda Rusiya və İran ilə maliyyə yardımının ayrılması haqqında sazişin imzalanacağına ümid edir. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Suriya Mərkəzi Bankının rəhbəri Ədib Məyalə "Reuters" agentliyinə müsahibəsində bildirib.

"Biz Rusiya və İrandan maliyyə dəstəyi gözləyirik, eyni vaxtda bununla bağlı digər ölkələrlə də danşıqlar aparırıq. Rusiya və İran ilə sazişlərdə son nöqtəni qoymaq qalıb", - o deyib.

Bank rəhbəri Dəməşqin Moskva və Tehrandan alacağı yardımın məbləğini açıqlamayıb.

Məyalə qeyd edib ki, son iki ildə qanlı münaqişə nəticəsində Suriya iqtisadiyyatının itkiləri təqribən 25 milyard avro təşkil edib.

Lakin, onun sözlərinə görə, Suriya hazırda maliyyə yardımına kəskin ehtiyac duymur, belə ki, dövlət xəzinəsi xeyli valyuta ehtiyatına malikdir.

O, Suriyada dövlət qulluqçularına əməkhaqlarının verilməsi üçün pul vəsaiti defisitinin olması barədə yayılan xəbərləri təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti