...

Azərbaycan əmək və sosial müdafiə üzrə məsələləri sahəsində İƏT-də sədrlik edəcək (ƏLAVƏ OLUNUB 2)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 11:33 (UTC +04:00)
Azərbaycan yaxın iki il ərzində əmək və sosial müdafiə üzrə məsələləri sahəsində İƏT-də sədrlik edəcək.
Azərbaycan əmək və sosial müdafiə üzrə məsələləri sahəsində İƏT-də sədrlik edəcək (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan yaxın iki il ərzində əmək və sosial müdafiə üzrə məsələləri sahəsində İƏT-də sədrlik edəcək.

Trend-in məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin iclasında bildirilib.

İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun sözlərinə görə, Azərbaycan inkişaf proqramlarında, təlimlərdə və beynəlxalq təşkilatların təşəbbüslərində fəal iştirak edir.

"İƏT-ə üzv ölkələr dünya böhranının nəticələrindən ziyan çəkdi, nəticədə işsizlik səviyyəsi artdı. Lakin böhran zamanı bu ölkələrdə əmək bazarının inkişafı üçün görülən tədbirlərin dünyada analoqu yoxdur", - İhsanoğlu bildirib.

"2006-2010-cu illərdə İƏT ölkələrində işsizlik səviyyəsi (il ərzində 9 faizdən yuxarı) orta hesabla 6-8 faiz dünya göstəricilərindən yüksək idi", - İƏT rəhbəri bildirib.

Konfransda, həmçinin qeyd edilib ki, İƏT ölkələrində işsizliyin orta səviyyəsi hazırda 14 faiz təşkil edir, gənclər arasında isə 20 faizi keçir.

Əmək və əhalinin müdafiəsi naziri Fizuli Ələkbərovun sözlərinə görə, dünya maliyyə-iqtisadi böhranının nəticələri Azərbaycana da təsir edib və İƏT də daxil olmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək olduqca vacibdir.

"Belə görüşlər bu sahədə digər ölkələrin təcrübələrini öyrənmək nöqteyi-nəzərindən, həmçinin əmək resurslarının istifadəsinin effektivliyinin artırılması, əmək bazarında gərginliyin azaldılması baxımından əhəmiyyətlidir", - nazir bildirib.

Nazirin sözlərinə görə, konfransın Azərbaycanda keçirilməsi təsadüfü deyil, çünki Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayır.

İclasda Əfqanıstan, Banqladeş, Bəhreyn, Bruney, Türkiyə, Küveyt və başqa ölkələrdən olan əmək və əhalinin sosial müdafiəsi nazirləri iştirak edir.

Görüşün əsas məqsədi İƏT ölkələri arasında möhkəm əməkdaşlıq platformasının yaradılması, proqressiv innovasiyalar və ideyalar mübadiləsi aparmaq, İƏT ölkələrində əmək bazarının inkişafı, əmək potensialının artırılması, beynəlxalq standartlar səviyyəsində işçi qüvvəsinin təminatı, həmçinin işsizlik səviyyəsinin azaldılması və əhalinin rifahının yaxşılaşdırılmasıdır.

Cümə günü yekunlaşacaq konfransda üzv ölkələr tərəfindən əmək və sosial müdafiə sahəsində İƏT ölkələri arasında sonrakı əməkdaşlıq üçün əsas olacaq Bakı çərçivə sənədi qəbul ediləcək.

Bu sənəd özündə ən yaxın illər üzrə tədbirlər planını əks etdirəcək.

Növbəti nazirlər konfransı 2015-ci ildə İndoneziyanın paytaxtı Cakartada olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti