...

“Bank Standard” platinium kartları daha münasib qiymətə təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 14:18 (UTC +04:00)
Azərbaycanın aparıcı banklarından biri olan “Bank Standard” müştərilər üçün MasterCard/Visa Platinum kartlarını əldə etməyi asanlaşdıran endirim aksiyasına başlayıb.
“Bank Standard” platinium kartları daha münasib qiymətə təqdim edir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanın aparıcı banklarından biri olan "Bank Standard" müştərilər üçün MasterCard/Visa Platinum kartlarını əldə etməyi asanlaşdıran endirim aksiyasına başlayıb. Bu barədə cümə axşamı Trend-ə bankdan daxil olan məlumatda bildirilir.

Aksiya çərçivəsində bu kartları 70 faiz endirimlə əldə etmək mümkündür. Kampaniyanın şərtlərinə görə, üç illik istifadə müddəti olan MasterCard/Visa Platinum kartlarının qiyməti 45 manat təşkil edir. Kartları ödənişsiz əldə etmək üçün kart hesabına 5000 şərti vahid yükləmək lazımdır.

Qeyd edək ki, "Bank Standard"ın MasterCard/Visa Platinum kartları premium kartlar olmaqla öz sahiblərinə dünyanın istənilən ölkəsində yüksək səviyyəli və geniş çeşidli xidmət və diqqəti təmin edir.

Aksiya haqqında və ümumilikdə "Bank Standard"ın təklif etdiyi kart məhsulları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından və ya bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti