...

Azərbaycanda banklar arasında nağdsız ödənişlərin stimullaşdırılması üzrə nominasiyalar elan edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 15:27 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların cari il ərzində nağdsız hesablaşmaların genişləndirilməsi, müasir bank texnologiyalarından istifadənin artırılması sahəsində fəaliyyətinin stimullaşdırılması məqsədilə beynəlxalq təcrübədən irəli gələrək fərqlənmiş bankların mükafatlandırılması üçün nağdsız ödənişlər sahəsində nominasiyalar elan edir.
Azərbaycanda banklar arasında nağdsız ödənişlərin stimullaşdırılması üzrə nominasiyalar elan edilir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların cari il ərzində nağdsız hesablaşmaların genişləndirilməsi, müasir bank texnologiyalarından istifadənin artırılması sahəsində fəaliyyətinin stimullaşdırılması məqsədilə beynəlxalq təcrübədən irəli gələrək fərqlənmiş bankların mükafatlandırılması üçün nağdsız ödənişlər sahəsində nominasiyalar elan edir.

AMB-dən Trend-ə verilən məlumata görə, keçiriləcək kampaniya çərçivəsində münsiflər heyəti tərəfindən "Nağdsız ödənişlər üzrə lider bank" və "Elektron bankçılıq xidmətlərində lider bank" nominasiyaları üzrə müəyyən edilmiş şərtlər daxilində qalib banklar seçilərək mükafatlandırılacaq.

Təqdim olunan nominasiyalar üzrə qalib bank ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin və cari hesablardan elektron şəbəkə və cihazlar vasitəsilə (internet bankçılıq, mobil bankçılıq və s. vasitəsilə) köçürmələrin ümumi sayına uyğun olaraq müəyyən ediləcək.

Kampaniyanın keçirilməsi şərtləri və nominasiyalar haqqında ətraflı məlumat Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti