...

"Xalq Bank" Türkiyəyə cəmi 1 ABŞ dollarına pul köçürmək imkanını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 19:00 (UTC +04:00)
Bu gündən etibarən "Xalq Bank"ın bütün filiallarında UPT sürətli pulköçürmə sistemi ilə Türkiyəyə pul köçürən ilk 1000 müştəri köçürəcəyi məbləğdən asılı olmayaraq cəmi 1 ABŞ dolları komissiya haqqı ödəyəcək.
"Xalq Bank" Türkiyəyə cəmi 1 ABŞ dollarına pul köçürmək imkanını təqdim edir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gündən etibarən "Xalq Bank"ın bütün filiallarında UPT sürətli pulköçürmə sistemi ilə Türkiyəyə pul köçürən ilk 1000 müştəri köçürəcəyi məbləğdən asılı olmayaraq cəmi 1 ABŞ dolları komissiya haqqı ödəyəcək. Bu barədə Trend-ə cümə axşamı bankdan daxil olan məlumatda bildirilir.

Pulköçürməni həyat keçirmək üçün "Xalq Bank"ın istənilən filialına gəlib, əməliyyatçıya yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

UPT sürətli pulköçürmə sistemi vasitəsilə fiziki şəxslər əlverişli şərtlərlə Türkiyəyə qısa zaman ərzində hesab açmadan ABŞ dolları valyutasında sərfəli tariflərlə köçürməni həyata keçirirlər. Qeyd olunan təcili pulköçürmə sistemi "Xalq Bank"ın Bakı, Sumqayıt, Gəncə, Zaqatala, Neftçala, Mingəçevir, Cəlilabad, Yevlax, Xaçmaz, Şabran, Qazax, İsmayıllı, Quba, Qusar, Şamaxı, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 22 filialında aktiv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti