...

"FINCA Azerbaijan" mikromaliyyə xidmətlərinin göstərilməsi sahəsində nailiyyətlərə görə mükafat alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 19:34 (UTC +04:00)
Aprel ayının 24-də "Jumeirah" hotelində "Uğur-2012" mükafatının təntənəli təqdimetmə mərasimində "FINCA Azerbaijan" Qeyri-bank Kredit Təşkilatı 2012-ci ildə Azərbaycanda mikromaliyyələşdirmə xidmətlərinin göstərilməsində əldə etdiyi nailiyyətlərə görə "Uğur-2012" Milli Mükafatına layiq görülüb.
"FINCA Azerbaijan" mikromaliyyə xidmətlərinin göstərilməsi sahəsində nailiyyətlərə görə mükafat alıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Aprel ayının 24-də "Jumeirah" hotelində "Uğur-2012" mükafatının təntənəli təqdimetmə mərasimində "FINCA Azerbaijan" Qeyri-bank Kredit Təşkilatı 2012-ci ildə Azərbaycanda mikromaliyyələşdirmə xidmətlərinin göstərilməsində əldə etdiyi nailiyyətlərə görə "Uğur-2012" Milli Mükafatına layiq görülüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "FINCA Azerbaijan"ın yaydığı məlumatda deyilir.

Sürətlə inkişaf edən "FINCA Azerbaijan" kredit təşkilatı artıq 15 ildir ki, Azərbaycanda sahibkarlığın inkişafı və kiçik və orta sahibkarların həyat standartlarının yüksəldilməsi üçün çalışır. Bu sosial missiyanı əsas tutaraq "FINCA Azerbaijan" hazırda 60-dan çox ofis şəbəkəsi vasitəsilə Azərbaycanın müxtəlif regionlarında 140 min nəfərdən çox sahibkara maliyyə xidmətləri göstərir.

"FINCA Azerbaijan" 2012-ci ildə də uğurlu inkişafını davam etdirmiş və müştəri sayı baxımından mikromaliyyə bazarındakı 10 illik liderliyini saxlamışdır. Belə ki, təşkilat 2012-ci ildə müştəri sayını 14% artıraraq 136 919 nəfərə çatdırıb ki, bu da Azərbaycan mikromaliyyə bazarının təqribən 29%-ni təşkil edir. Kredit portfelindəki artım isə müştəri sayına nisbətən 2 dəfədən daha çoxdur: 30%. 2012-ci ilin nəticələrinə görə təşkilatın, kredit portfeli 150 milyon ABŞ dollarından artıqdır.

Qeyd edək ki, "FINCA Azerbaijan"ın müştəri xidmətlərinə verdiyi əhəmiyyət ona 2012-ci ilin fevral ayında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təqdim olunan "Nümunəvi müştəri şikayətlərinin idarə edilməsi mexanizminə malik olan təşkilat" mükafatını qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti