...

Azərbaycanda istehsalçılara 50 faiz güzəştlə satılmış mineral gübrə üçün 2,5 milyon manat ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 19:14 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika komissiyasının növbəti iclası keçirilib.
Azərbaycanda istehsalçılara 50 faiz güzəştlə satılmış mineral gübrə üçün 2,5 milyon manat ödənilib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika komissiyasının növbəti iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, komissiyanın sədri, kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, 2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir.

Komissiya 5 satıcı təşkilat, o cumlədən "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "Mikro Az Feed" MMC, "Aqrolayn QRUP" MMC və "Goranboy kəndkimya" MMC üzrə Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları"na və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli qərarının 2.1 və 2.3-cü maddələrinə uyğun olaraq, 2038 nəfər istehsalçıya 55 357,02 hektara görə 50 faiz güzəştlə satılmış 9583,17 ton mineral gübrə üçün 2 milyon 511 min manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti