...

Dövlət Neft Fondu: 2013-cü ildə daşınmaz əmlakın alınması üçün Asiya bazarı daha cəlbedicidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 11:02 (UTC +04:00)
2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Asiya bazarlarında daşınmaz əmlakın alınmasına təxminən bir milyard ABŞ dolları həcmində sərmayə yatırmağı planlaşdırır.
Dövlət Neft Fondu: 2013-cü ildə daşınmaz əmlakın alınması üçün Asiya bazarı daha cəlbedicidir

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E. İsmayılov/

2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Asiya bazarlarında daşınmaz əmlakın alınmasına təxminən bir milyard ABŞ dolları həcmində sərmayə yatırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında ARDNF-in rəhbəri Şahmar Mövsümov bildirib.

"Dünya iqtisadiyyatının enmələrin baş verdiyi şəraitdə Asiya bazarı inkişaf edən yeganə bazardır və ona bu il əmlakın alınması üçün əsas bazar kimi baxılır", - Mövsumov bildirib.

Daha əvvəl ARDNF-dən Trend-də bildirilirb ki, fondun nümayəndələri cari ilin ikinci yarısında daşınmaz əmlaka investisiya yatırılması imkanlarını öyrənmək üçün Çin, Cənubi Koreya və Avstraliyaya səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti